Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > KİV: Oman ABŞ və AEBA himayəsi altında uran zənginləşdirmə konsorsiumu yaratmaq istəyir

KİV: Oman ABŞ və AEBA himayəsi altında uran zənginləşdirmə konsorsiumu yaratmaq istəyir


1-06-2025, 11:48


Oman ABŞ və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) himayəsi altında uranı dinc məqsədlər üçün zənginləşdirəcək regional konsorsium yaratmağı təklif edib.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Amerikalı rəsmi və vəziyyətlə tanış olan mənbənin bildirdiyinə görə, bu ideya Birləşmiş Ştatlar tərəfindən təsdiqlənib.

“Axios”un həmsöhbətinin bəyanatına görə, əsas məsələlərdən biri bu müəssisənin harada yerləşəcəyidir. Mənbənin bildirdiyinə görə, ABŞ göstərilən uran zənginləşdirmə zavodunun İrandan kənarda yerləşməsində israr edir.


Geri qayıt