Əsas Səhifə > FUTBOL > "Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub

"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub


1-06-2025, 11:24


Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib."Şəffaflıq.az"-un məlumatına görə, final oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəliblər.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda "Sabah" sevinən tərəf olub.

Görüşdə hesab 36-cı dəqiqədə açılıb. Bakı klubunun heyətində Pavol Şafranko penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Toral Bayramov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Əvəzində 45+1-ci dəqiqədə onun komanda yoldaşı Kadi Borges hesabı bərabərləşdirib.

57-ci dəqiqədə Şafranko da penaltini boşa verib. 67-ci dəqiqədə "bayquşlar"ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub. Paytaxt klubundan Kahim Parris 90+6-cı dəqiqədə fərqlənərək tarazlığı bərpa edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. 119-cu dəqiqədə isə "Sabah"ın futbolçusu Tellur Mütəllimov qələbə qolunu vurub.

FOTO: Məhəmməd Ağayev


Geri qayıt