Əsas Səhifə > İdman > Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq

Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq


1-06-2025, 10:21


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün ikinci oyununa çıxacaq.

"Şəffaflıq.az"-ın məlumatına görə, komanda Sloveniya yığması ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18:00-da start götürəcək.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir.

Yığma birinci oyununda Macarıstana uduzub - 0:3. Sloveniya isə öz növbəsində Macarıstan komandasına eyni hesabla qalib gəlib.


Geri qayıt