Əsas Səhifə > XARİCİ XƏBƏR > Seul metrosunda yanğın törətmiş şəxs saxlanılıb

Seul metrosunda yanğın törətmiş şəxs saxlanılıb


31-05-2025, 15:18


Seulda metro qatarında yanğın törətməkdə şübhəli bilinən 60 yaşlı şəxs polis tərəfindən saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkə rəsmilərinə istinadən bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 400-dən çox sərnişin tunel vasitəsilə təxliyə edilib, 20-dən çox insan yanma məhsulları ilə zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürmə işləri başa çatıb.


Geri qayıt