Əsas Səhifə > XARİCİ XƏBƏR > NYT: ABŞ-da neft şirkətləri qazma qurğularını dayandırır və işçilərini ixtisar edir
NYT: ABŞ-da neft şirkətləri qazma qurğularını dayandırır və işçilərini ixtisar edir31-05-2025, 10:19 |
ABŞ-da neft şirkətləri “qara qızıl”ın qiymətlərinin aşağı olması səbəbindən qazma qurğularını dayandırır və işçilərini ixtisar edir. Şəffaflıaq.az xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb. Qəzet xatırladıb ki, son iki ayda neftin qiyməti 60 dollar/barel səviyyəsində qalıb. Nəşr, bu azalmanın iki əsas səbəbini göstərir: ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin qlobal iqtisadiyyata təsiri və OPEC+ ölkələrinin neft hasilatını artırması. Neft nəhəngləri Chevron və ExxonMobil xərclərini azaltmağı planlaşdırmasalar da, onlarla kiçik şirkət ilkin planlarından əl çəkməyə məcburdur. Qəzetin proqnozuna görə, bu il ABŞ-da neft hasilatı çətin ki, ciddi artım göstərsin, hətta əvvəlki səviyyədə qalsın. Geri qayıt |