Əsas Səhifə > HƏRBİ > MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

MN: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb


30-05-2025, 12:50


Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan Müdafiə Nazirliyinin iddiaları ilə bağlı məlumat yayıb. 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır:

"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır".

Şəffaflıq.az 


Geri qayıt