Əsas Səhifə > SİYASƏT > İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək

İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək


30-05-2025, 09:45


“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Şəffaflıq.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul iyunun 20-da saat 10:00-da baş tutacaq.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcək.


Geri qayıt