Əsas Səhifə > Hadisə > Şabranda yol-nəqliyyat hadisəsi baş verib, ölən var
Şabranda yol-nəqliyyat hadisəsi baş verib, ölən var29-05-2025, 09:58 |
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Şəffaflıq.az xəbər verir ki, hadisə Şabran şəhəri, Heydər Əliyev prospektində baş verib. Yol qəzası nəticəsində Şabran şəhər sakini, 1997-ci il təvəllüdlü Muradov Orxan Əliyoldaş oğlu ölüb, Siyəzən şəhər sakini, 1996-cı il təvəllüdlü Kərimov Rəhim Bəybala oğlu isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb. Geri qayıt |