Əsas Səhifə > XARİCİ XƏBƏR > Braziliya Prezidentinə labirintit diaqnozu qoyulub

Braziliya Prezidentinə labirintit diaqnozu qoyulub


27-05-2025, 08:52


Həkimlər Braziliya Prezidenti Luis İnasio Lula da Silvaya qulağın iltihabı diaqnozu qoyublar.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.

Qeyd olunur ki, bazar ertəsi, mayın 26-da dövlət başçısının başı gicəllənib və klinikaya gedib, orada ona labirintit diaqnozu qoyulub.

Braziliya lideri müayinədən sonra evə buraxılıb və hazırda rəsmi iqamətgahındadır.

Portalın məlumatına görə, Lula da Silva səhhətinə görə günün qalan hissəsində işgüzar görüşlərini ləğv etmək məcburiyyətində qalıb.


Geri qayıt