Əsas Səhifə > REGİON > Paşinyan Fransa XİN başçısı ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Paşinyan Fransa XİN başçısı ilə Azərbaycanla sülh prosesini müzakirə edib


26-05-2025, 22:07


Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Şəffaflıq.az xəbər verir ki, həmsöhbətlər regional proseslər, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh sazişi çərçivəsində baş verən son gedişat ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan Ermənistan hökumətinin sülh gündəminə sadiqliyini bildirib.


Geri qayıt