Əsas Səhifə > Cəmiyyət > Bakıda sərnişin avtobusu "VAZ"la toqquşdu: körpüdən aşdılar - Yaralılar var
Bakıda sərnişin avtobusu "VAZ"la toqquşdu: körpüdən aşdılar - Yaralılar var25-01-2020, 10:07 |
![]() Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir. Faktla bağlı araşdırma aparılır. (trend)
Geri qayıt |