Əsas Səhifə > Hadisə > Həbsdə olan tanınmış həkimin məhkəməsi başlayır
Həbsdə olan tanınmış həkimin məhkəməsi başlayır26-05-2025, 13:07 |
Bakıda burun əməliyyatından sonra qadının ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Şəffaflıq.az Geri qayıt |