Əsas Səhifə > MEDİA > ADY Milli Mətbuatın 150 illiyi münasibətilə media müsabiqəsi elan edib
ADY Milli Mətbuatın 150 illiyi münasibətilə media müsabiqəsi elan edib26-05-2025, 10:53 |
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Mətbuat Şurası ilə birlikdə media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında Milli Mətbuatın 150 illiyi münasibətilə “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusunda araşdırma müsabiqəsi keçirir. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, müsabiqə üzrə istiqamətlər aşağıdakılardır: 1. Azərbaycan Dəmir Yollarının 145 illiyi: Tarixi araşdırma Yuxarıda sadalanan istiqamətlərə ayrı-ayrılıqda (konkret götürülməklə) və ümumi şəkildə (hər biri eyni müsabiqə materialında olmaqla) istinad edilə bilər. Bildirilib ki, müsabiqə üzrə mükafatlandırma aşağıdakı qaydada aparılacaq: I yer II yer III yer Məlumata görə, müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək: Müsabiqəyə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, həmçinin telekanallarda efirə veriləcək videomateriallar, radiolarda səsləndiriləcək audiomateriallar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur. Müsabiqə materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur” qeydi yer almalıdır. Müsabiqə materialının yayımlandığı media subyekti media reyestrindən keçməlidir. Adı media reyestrində olmayan media subyektlərində yayımlanmış materiallar müsabiqə materialı kimi nəzərə alınmayacaq. Müsabiqə materialının müəllifi konkret media subyektində çalışmalı və material onun çalışdığı media subyektində yayımlanmalıdır. Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır: Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimatda yer almalıdır: Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 26 may 2025-ci il tarixindən 1 iyul 2025-ci il tarixinədək, həftənin iş günləri saat 11:00-dan 17:00-dək Bakı şəhəri, Məmməd Araz, 4 ünvanında – Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək. Əlaqə: Mobil/vatsap: Şəffaflıq.az Geri qayıt |