Əsas Səhifə > SİYASƏT > Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib
Azərbaycan Prezidenti 16 əcnəbini əfv edib26-05-2025, 10:49 |
Azərbaycan Prezidenti İlham Əliyev 16 əcnəbini əfv edib. Şəffaflıq.az-ın məlumatına görə, onlardan 5 nəfəri İran, 4 nəfəri Rusiya, 2 nəfəri Pakistan, 2 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Fransa, 1 nəfəri isə Əfqanıstan vətəndaşıdır. Qeyd edək ki, dövlət başçısı mayın 26-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb. Sərəncam 220 şəxsə şamil olunub. Geri qayıt |