Əsas Səhifə > FUTBOL > Bu gün Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.
Bu gün Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.24-05-2025, 09:36 |
Bu gün "Qarabağ" və "Neftçi" komandaları Misli Premyer Liqasında cari mövsüm sonuncu oyunlarını keçirəcəklər. "Report" xəbər verir ki, sonuncu - XXXVI turda Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq. "Neftçi" isə sonuncu turda, “Bank Respublika Arena”da "Sabah"la üz-üzə gələcək. Görüşün start fiti saat 19:30-da səslənəcək. 2024/2025 mövsümündə ölkə çempionluğunu rəsmiləşdirən "köhlən atlar" 86 xalla liderdir. "Sabah" 45 xalla beşinci, "Neftçi" 43 xalla altıncıdır. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb. Misli Premyer Liqası IV dövrə, XXXVI tur 23 may Misli Premyer Liqası IV dövrə, XXXVI tur 24 may 17:00. “Şamaxı” – “Qarabağ” Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Şamaxı şəhər stadionu 19:30. “Sabah” – “Neftçi” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov. VAR: Rəvan Həmzəzadə. AVAR: Kamran Bayramov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Elgiz Abbasov. “Bank Respublika Arena” Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq. Geri qayıt |