Əsas Səhifə > Hadisə > Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb
Paytaxta 7 kq narkotik gətirmək istəyən narkokuryerlər saxlanılıb23-05-2025, 11:42 |
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanılıblar. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 49 yaşlı Yalçın Məmmədov və 46 yaşlı Rasim Nuriyev saxlanılıblar. Onlardan 7 kiloqram marixuana və 949 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla Y.Məmmədov və R.Nuriyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Geri qayıt |