Əsas Səhifə > REGİON > Rusiyada mənzildə baş verən yanğında 5 nəfər ölüb
Rusiyada mənzildə baş verən yanğında 5 nəfər ölüb22-05-2025, 23:07 |
Rusiyanın Anadır şəhərində üçmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidməti məlumat verib. Hadisə şəhərin Beqovaya küçəsi, bina 12 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının mənzillərindən birində qeydə alınıb. Nəticədə 5 nəfər ölüb, yaralanan daha 4 nəfər xəstəxanaya çatdırılıb. Bildirilib ki, yanğın birinci mərtəbədə baş verib. Hazırda yanğın 45 kvadratmetr sahədə lokallaşdırılıb. Geri qayıt |