Əsas Səhifə > REGİON > Putin Kurska səfər edib

Putin Kurska səfər edib


21-05-2025, 10:59

 

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinə səfər edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu, onun vilayət azad edildikdən sonra ilk səfəridir.

Səfər çərçivəsində o, bələdiyyə rəhbərləri ilə müşavirə keçirib, həmçinin müvəqqəti qubernator vəzifəsini icra edən Aleksandr Xinşteyn və könüllülərlə görüşüb.

O, həmçinin inşa edilməkdə olan Kursk AES-2-ni ziyarət edib.


Geri qayıt