Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri əməkdaşlıq edəcəklər
Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri əməkdaşlıq edəcəklər21-05-2025, 10:00 |
Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi “Mayın 20-də iki ölkənin xarici işlər nazirliklərinin diplomatik akademiyaları arasında kurikulum mübadiləsinə imkan verəcək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”, – XİN-in mətbuat xidməti bildirib. Xarici siyasət idarəsi bunun Bakı və Montevideo arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü, habelə Azərbaycanın Müstəqillik Gününə münasibətilə imzalandığını vurğulayıb. Qeyd olunub ki, imzalama mərasimində Uruqvay XİN katibliyinin baş direktoru Andres Pelaes və Azərbaycanın Uruqvaydakı qeyri-rezident səfiri Rəmzi Teymurov iştirak ediblər. Azərbaycanın Uruqvaydakı diplomatik missiyası sənədin ADA Universiteti və Artiqas Diplomatik Xidmət İnstitutunu əhatə edəcəyinə Geri qayıt |