Əsas Səhifə > Hadisə > Naftalanda yaşayış binasında yanğın olub, zəhərlənənlər var

Naftalanda yaşayış binasında yanğın olub, zəhərlənənlər var


20-05-2025, 09:32


Naftalanda yaşayış binasında yanğın olub.

Şəffaflıq.az-ın məlumatına görə, yanğın Naftalan şəhər ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərin birində qeydə alınıb.

Nəticədə 1973-cü il təvəllüdlü U.Əhmədova və onun oğlu B.Əhmədov tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt