Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Liviya Tripolidə atəşkəs komitəsi yaradır

Liviya Tripolidə atəşkəs komitəsi yaradır


19-05-2025, 09:48


BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) və ölkənin qərbində silahlı qüvvələrin baş komandanı kimi fəaliyyət göstərən Prezident Şurası paytaxtda atəşkəs rejimini qorumaq üçün atəşkəs komitəsi yaradıb.

Şəffaflıq.az-ın xəbərinə görə, müvafiq paylaşım missiyanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

"Liviya Ordusunun Baş Qərargah rəisi, general-mayor Məhəmməd əl-Həddadın rəhbərlik etdiyi komitənin yaradılması tərəflərin qarşıdurmasının daha da gərginləşməsinin qarşısını almaq, beynəlxalq insan haqları və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə əməl olunmasının təmin olunması öhdəliyini əks etdirir", - missiyanın bəyanatında deyilir.

Missiya həmçinin ötən həftə baş vermiş zorakılıqlar zamanı mülki əhalinin itkiləri ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib və dərhal, daimi və qeyd-şərtsiz atəşkəsə çağırıb.


Geri qayıt