Əsas Səhifə > XARİCİ XƏBƏR > Somalidə hərbi xidmətə çağırış məntəqəsində partlayış nəticəsində 20 nəfər ölüb

Somalidə hərbi xidmətə çağırış məntəqəsində partlayış nəticəsində 20 nəfər ölüb


18-05-2025, 18:11


Moqadişoda hərbi xidmətə çağırış məntəqəsində intiharçı-terrorçunun hücumu nəticəsində 20 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Baidoa Online” informasiya portalı məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə görə məsuliyyəti radikal “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. Radikalların sosial şəbəkələrdə yayılan bəyanatında deyilir ki, hücum nəticəsində “50-dən çox insan ölüb və 50-dən çox insan yaralanıb”.

Somali İnformasiya, Mədəniyyət və Turizm Nazirliyi hücumun intiharçı-terrorçu tərəfindən həyata keçirildiyini təsdiqləyib.


Geri qayıt