Əsas Səhifə > Hadisə > Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB17-05-2025, 23:53 |
Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov "Report"un sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib. 20:16 Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib. “Report”un yerli bürosu məlumat verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |