Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasında XXXV tura bu gün start veriləcək.
Misli Premyer Liqasında XXXV tura bu gün start veriləcək.17-05-2025, 09:26 |
Misli Premyer Liqasında XXXV tura bu gün start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, hər üç oyun eyni saatda başlayacaq. Qarşılaşmalar saat 17:00-da start götürəcək. "Sumqayıt" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncu, Tovuz klubu 49 xalla dördüncü pillədə qərarlaşıb. "Zirə" evdə "Sabah"la üz-üzə gələcək. "Qartallar" 70 xalla ikinci, qonaqlar 44 xalla beşinci sıradadır. "Araz-Naxçıvan" isə səfərdə "Şamaxı" ilə münasibətlərə aydınlıq gətirəcək. Naxçıvan təmsilçisi 55 xalla üçüncü, meydan sahibləri 36 xalla yeddincidir. Misli Premyer Liqası IV dövrə, XXXV tur 17:00. "Sumqayıt" – "Turan Tovuz" 17:00. "Zirə" – "Sabah" 17:00. "Şamaxı" – "Araz-Naxçıvan" Qeyd edək ki, tura mayın 18-də yekun vurulacaq. Geri qayıt |