Əsas Səhifə > Hadisə > Biləsuvar sakinini ildırım vurub
Biləsuvar sakinini ildırım vurub16-05-2025, 09:33 |
Biləsuvar rayon sakinini ildırım vurub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub. Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |