Əsas Səhifə > FUTBOL > Region Liqasının final və III yer uğrunda oyununun yeri müəyyənləşib

Region Liqasının final və III yer uğrunda oyununun yeri müəyyənləşib


15-05-2025, 22:52


AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.

Şəffaflıq.az xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.

İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək.

Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.

Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.


Geri qayıt