Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp 2028-ci ildə yenidən prezidentliyə namizədliyi üzərində düşünəcəyini vəd edib

Tramp 2028-ci ildə yenidən prezidentliyə namizədliyi üzərində düşünəcəyini vəd edib


15-05-2025, 16:17


ABŞ Prezidenti Donald Tramp bir çoxlarının ondan 2028-ci ildə yenidən dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi xahiş etdiyini və bunun üzərində düşünəcəyini bildirib.

Bu barədə TASS-a istinadən xəbər verir.

"Biz yenidən seçilmək istəyirik. Bir çox insan bunu etməyi məsləhət görür. Bu, çox çətin olsa da, üzərində düşünəcəyəm", - o, ABŞ-nin Qətərdəki Əl-Udeyd hərbi bazasında çıxışı zamanı bildirib.

ABŞ Konstitusiyasına 1951-ci ildə edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs dövlət başçısı vəzifəsinə iki dəfədən çox seçilə bilməz. ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Şəffaflıq.az



Geri qayıt