Əsas Səhifə > İnfrastruktur > Azərbaycan mayda ITF-də sədrliyi qəbul edəcək

Azərbaycan mayda ITF-də sədrliyi qəbul edəcək


15-05-2025, 14:23


May ayının üçüncü ongünlüyündə Azərbaycan ilk dəfə olaraq 2025-2026-cı illərdə Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edəcək.

Şəffaflıq.az ITF-ə istinadən xəbər verir ki, ölkənin prezidentliyinə namizədliyi hələ 2022-ci ildə təşkilata müraciət əsasında qeydə alınıb.

Müəyyən edilmiş prosedura uyğun olaraq Azərbaycan 2023-2024-cü illərdə forumun vitse-prezidenti vəzifəsini tutub, hazırda isə 2024-2025-ci illər üçün birinci vitse-prezident vəzifəsini icra edir.

Hazırda forumun sədri Çilidir.

Beynəlxalq Nəqliyyat Forumu 69 üzv ölkəni birləşdirir. Azərbaycan 1998-ci ildən onun tam hüquqlu iştirakçısıdır.


Geri qayıt