Əsas Səhifə > Hadisə > Goranboyda ər ehtiyatsızlıqdan tir tüfəngi ilə arvadına xəsarət yetirib
Goranboyda ər ehtiyatsızlıqdan tir tüfəngi ilə arvadına xəsarət yetirib15-05-2025, 13:25 |
Goranboy rayonunda ər ehtiyatsızlıqdan tir tüfəngi ilə arvadına xəsarət yetirib. Şəffaflıq.az-ın məlumatına görə, araşdırmalar zamanı N.Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açaraq xəsarət yetirən şəxsin onun həyat yoldaşı olduğu müəyyən edilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Xatırladaq ki, hadisəni törətməkdə ilk olaraq qadının qayınanası şübhəli bilinib. O, hadisəni ehtiyatsızlıqdan törətdiyinə dair yalan ifadə verib. Geri qayıt |