Əsas Səhifə > Hadisə > Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib

Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib


15-05-2025, 13:08


Müğənni Dəniz Əsədova həbs edilib.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb.

Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.

Faktı "Report"a vəkil Asim Abbasov təsdiq edib.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.


Geri qayıt