Əsas Səhifə > MEDİA > BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb
BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb15-05-2025, 12:55 |
|
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin təsis etdiyi “Media problemləri” jurnalının təqdimatı keçirilib. "Report" xəbər verir ki, nəşr Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində təqdim olunub. BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli bildirib ki, “Media problemləri” jurnalistikanın elmi aspekti sahəsində atılan ilk addımlardan biridir: "Jurnalda təkcə Azərbaycanın deyil, Türkiyədən də üç elm adamının məqaləsi nəşr olunub". Geri qayıt |