Əsas Səhifə > REGİON > Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb

Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb


14-05-2025, 11:27


Ermənistan xarici işlər nazir Ararat Mirzoyanı (həmin vaxt parlament sədri vəzifəsini tuturdu) döyən şəxslərdən biri olan Ara Badoyana üç il iş kəsilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hazırda həbsxanada olan şəxsin cəzasını başa çatmasına 1 il 11 ay qalıb.

Qərar elan edildikdən sonra A.Badoyanın vəziyyəti pisləşib, buna görə də təcili tibbi yardım çağırılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da gecə saatlarında Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması barədə məlumatdan sonra İrəvanda kütləvi iğtişaşlar başlayıb.

A.Mirzoyana hücum edən şəxslər onu döyüblər. O zamankı parlament sədri xəstəxanaya yerləşdirilib.

A.Badoyan özünü günahkar saymır.


Geri qayıt