Əsas Səhifə > Hadisə > Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb
Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb13-05-2025, 13:23 |
Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb. Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub. S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Geri qayıt |