Əsas Səhifə > ELM VƏ TƏHSİL > Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb

Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb


13-05-2025, 13:15


Ali təhsil pilləsinin doktorantura səviyyəsinə 13 may saat 11:00-dan sənəd qəbulu prosesinə başlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, sənəd qəbulu prosesi elektron qaydada  

portal.edu.az vasitəsilə həyata keçirilir. 

Qəbul iyunun 2-də başa çatacaq. 


Geri qayıt