Əsas Səhifə > EKOLOGİYA > Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ
Rayonlarda yağıntılı hava mayın 17-dək davam edəcək - XƏBƏRDARLIQ12-05-2025, 17:21 |
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Şəffaflıq.az Geri qayıt |