Əsas Səhifə > İnfrastruktur > AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir12-05-2025, 14:58 |
Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir. Bu barədə AZAL-dan bildirilib. Qeyd edək ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. Xatırladaq ki, mayın 7-də AZAL Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. Bu səbəbdən indiyədək Pakistan və Hindistana uçuşlar həyata keçirilməyib. Şəffaflıq.az Geri qayıt |