Əsas Səhifə > MILLI MƏCLİS > İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub12-05-2025, 11:40 |
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə daxil olub. "Report" xəbər verir ki, hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 13-nə təyin edilmiş birgə iclasında müzakirə olunacaq. Xatırladaq ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir. Geri qayıt |