Əsas Səhifə > XARİCİ XƏBƏR > Pakistanın J-10 qırıcısı çərşənbə günü Hindistanın azı iki döyüş təyyarəsini vurub.
Pakistanın J-10 qırıcısı çərşənbə günü Hindistanın azı iki döyüş təyyarəsini vurub.9-05-2025, 09:42 |
Pakistanın J-10 qırıcısı çərşənbə günü Hindistanın azı iki döyüş təyyarəsini vurub. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə “Reuters”ə anonimlik şərti ilə iki amerikalı məmur məlumat verib. Pakistanın Hindistan qırıcılarına “hava-hava” raketləri buraxmaq üçün Çin istehsalı olan J-10 təyyarəsindən istifadə etdiyi və onlardan azı ikisini vurduğu bildirilir. Başqa mənbə, vurulan Hindistan təyyarələrindən azı birinin Fransa istehsalı olan “Rafale” qırıcısı olduğunu bildirib. Bununla yanaşı hər iki rəsmi, Pakistanın F-16-larının hava döyüşlərində istifadə edilmədiyini təsdiqləyib. Geri qayıt |