Əsas Səhifə > FUTBOL > UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.9-05-2025, 09:39 |
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Şəffaflıq.az xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. "Betis" ilk oyunda 2:1 hesablı qələbə qazanmışdı. “Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”i öz meydanında da üstələyib - 1:0. UEFA Konfrans Liqası Yarımfinal mərhələsi, cavab görüşləri “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) 2:2 İlk oyun - 1:2. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0 İlk oyun - 4:1. Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub. Geri qayıt |