Əsas Səhifə > Hadisə > Sumqayıtda emalatxanada partlayış olub, fəhlə xəsarət alıb
Sumqayıtda emalatxanada partlayış olub, fəhlə xəsarət alıb8-05-2025, 11:28 |
Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var. Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb. Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |