Əsas Səhifə > FUTBOL > Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.6-05-2025, 09:43 |
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, ilk finalçının adına İtaliyada aydınlıq gələcək. “İnter” doğma meydanda “Barselona”nı sınağa çəkəcək. Görüş saat 23:00-da başlayacaq. UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu 6 may 23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) İlk oyun - 3:3. Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması sabah Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi "Arsenal"ı qəbul edəcək. Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək. Geri qayıt |