Əsas Səhifə > SİYASƏT > Əmircandakı İmam məscidində təmir-bərpa işləri aparılacaq - SƏRƏNCAM

Əmircandakı İmam məscidində təmir-bərpa işləri aparılacaq - SƏRƏNCAM


5-05-2025, 12:46


Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.


Geri qayıt