Əsas Səhifə > Hadisə > Bakıda tibb bacısı sərnişin avtobusunda yıxılaraq ciddi xəsarət alıb
Bakıda tibb bacısı sərnişin avtobusunda yıxılaraq ciddi xəsarət alıb22-01-2020, 08:10 |
![]() APA xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib. 88 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusun sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman sərnişin - 1963-cü il təvəllüdlü Haqverdiyeva Lida Ənvər qızı yıxılıb. O, qapalı kəllə-beyin travması ilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, L.Haqverdiyeva 1 saylı Xəstəxanada tibb bacısı kimi çalışır. Geri qayıt |