Əsas Səhifə > SİYASƏT > “Elə namizədlər var çalışır ki, biz onları qeydə ala bilməyək” - MSK sədri

“Elə namizədlər var çalışır ki, biz onları qeydə ala bilməyək” - MSK sədri


21-01-2020, 20:56

 

"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində elə namizədlər var çalışır ki, biz onları qeydə ala bilməyək".

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

“Bu addım nəyəsə xidmət edir. Mərkəzi Seçki Komissiyası maraqlı deyil. Ancaq onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Onların bu məqsədi kimə və nəyə xidmət edir mən bilmirəm” - MSK sədri əlavə edib.
Geri qayıt