Əsas Səhifə > SİYASƏT > “Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib1-05-2025, 16:39 |
Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb. "Report"un məlumatına görə, bu vəzifəyə İlham Ata oğlu Mirzəliyev təyin edilib. İ.Mirzəliyev 1960-cı ildə anadan olub. 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini vəzifəsini tutub. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il fevralın 7-dən sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib. Geri qayıt |