Əsas Səhifə > SİYASƏT > Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb

Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb


1-05-2025, 13:44


Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

Şəffaflıq.az-ın məlumatına görə, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.


Geri qayıt