Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.1-05-2025, 10:08 |
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı parlamentin mayın 1-nə təyin edilən plenar iclasının gündəliyində dəyişiklik edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında təqdimata baxılıb və plenar iclasa tövsiyə olunub. Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır. Geri qayıt |