Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb

Sosial Xidmətlər Agentliyi daha 86 məhkumla bağlı qiymətləndirmə aparıb


30-04-2025, 16:41


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları daha dörd cəzaçəkmə müəssisəsində azad edilməsinə üç ay qalmış məhkumlarla görüşlər keçirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 1, 2, 5 və 6 saylı cəzaçəkmə müəssisələrində keçirilən görüşlərdə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Qeyd olunan cəzaçəkmə müəssisələrində cəzasının başa çatmasına üç ay qalmış 86 nəfər məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.


Geri qayıt