Əsas Səhifə > HƏRBİ > XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olunub
XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olunub30-04-2025, 15:27 |
Müdafiə Nazirliyinin rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 26-cı ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən mərasimdə iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan danışıb. 44 günlük Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq nümunələrini qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
Xüsusi təyinatlılar adından çıxış edən XTQ mənsubu göstərilən diqqətə görə dövlət başçısına və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib. Ali Baş Komandanın istənilən əmr və tapşırıqlarına daim hazır olduqlarını qeyd edib və xüsusi təyinatlıların hər zaman olduğu kimi bundan sonra da Vətənə şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə vurğulayıb. Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb. Şəffaflıq.az Geri qayıt |