Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ağır xəstəlik, qəza, intihar... - Məşhurlarımızın üzləşdikləri dəhşətlər
Ağır xəstəlik, qəza, intihar... - Məşhurlarımızın üzləşdikləri dəhşətlər21-01-2020, 20:38 |
Bir neçə gün öncə Azərbaycan şou-biznesində daha bir faciəvi hadisə baş verib. Belə ki, tanınmış meyxanaçı Ələkbər Yasamallının yaxını – bacısı oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Təəssüf ki, bu, şou aləmində ilk belə hadisə deyil. Son vaxtlar digər məşhurların yaxını da vaxtsız, gənc yaşında dünyasını dəyişib. Onların bir çoxu xəstəlikdən, ağır qəza nəticəsində yaxud intihar edərək cavan yaşlarında dünyadan köçüb. Yenisabah.az yaxınlarını faciəvi şəkildə, vaxtsız itirən məşhurlarla bağlı araşdırmanı təqdim edir. Teymur Mustafayev Sənət aləmində “Teymur Əmi” kimi tanınan Xalq artisti Teymur Mustafayevin oğlu faciəvi şəkildə həlak olub. Belə ki, 2007-ci ildə Bakıxan Mustafayevin idarə etdiyi “Vaz 21010” markalı avtomobili müəmmalı şəkildə yanıb. O, qapını aça bilmədiyindən maşının içərisindəcə yanaraq ölüb. Bir neçə ay bundan öncə xanəndə həyat yoldaşını da xəstəlikdən itirib. Afaq Gəncəli Aparıcı Afaq Gəncəli də yeganə övladı, oğlu Qədirxanı 12 yaşında itirib. Aparıcının oğlu uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və Türkiyədə müalicə aldığı xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib. Aygün Kazımova Xalq artisti Aygün Kazımova bir neçə ay bundan öncə azadlığa çıxan qardaşı Kazım Kazımzadəni itirib. O, cəzaçəkmə müəssisəsində olduğu vaxt ağır durumda olub və həbsxanadan çıxdıqdan bir neçə gün sonra dünyasını dəyişib. Arif Quliyev Xalq artisti Arif Quliyev oğlu Fərid Quliyevi həbsxanadan çıxdıqdan bir il sonra itirib. Aktyorun oğlu adam öldürdüyünə görə 14 il məhbəs həyatı yaşayıb. Vərəm xəstəliyindən əziyyət çəkən Fərid Quliyev həbsxanadan çıxdıqdan sonra bir müddət xəstəxanada, evdə müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Tünzalə Ağayeva Xalq artisti Tünzalə Ağayevanın duet ortağı Sura Əsgərli 2014-cü ilin avqust ayında özünü asıb. 23 yaşlı gənc ifaçının intiharı medianın gündəminə çevrilmişdi. Aqil M.Quliyev Tanınmış rejissor Aqil M.Quliyevin qardaşı İlham Quliyev uzun sürən xəstəlikdən sonra 43 yaşında vəfat edib. Ədalət Şükürov Əməkdar artist Ədalət Şükürovun qardaşı ötən ilin oktyabr ayında, 52 yaşında dünyasını dəyişib. Zöhrə Abdullayeva Yeganə oğlunu amansız xəstəlikdən xilas edə bilməyən Əməkdar artist Zöhrə Abdullayeva da yaxınını itirənlər sırasındadır. Onun oğlu İsrafil 2018-ci ildə 47 yaşında beyin xərçənginndən dünyasını dəyişib. Xanım sənətçi oğlunun ölümündən 14 ay sonra – bu yaxınlarda yenidən efirlərə çıxmağa başlayıb. Aybəniz Haşımova Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 30 yaşında Qarabağda şəhid olub. Şəffaflıq.az Geri qayıt |